Trampın İncil satışından qazandığı pullar AÇIQLANDI

Trampın İncil satışından qazandığı pullar AÇIQLANDI
Siyasət 138

Donald Tramp markalanmış İncil satışından təxminən 300 min dollar qazanıb.

Bu barədə NBC News maliyyə hesabatına istinadən məlumat verib.

Respublikaçı Tramp İncil satışına mart ayının sonunda, Pasxa həftəsi zamanı başlayıb. "The Greenwood Bible" adlı İncil Trampın saytında 59,99 dollara satılır. Həmçinin, məhdud sayda Trampın imzası olduğu iddia edilən nüsxələr 1000 dollara təklif olunur.

Sənədlərə görə, Trampın həmçinin 1 milyon dollardan çox dəyərində kriptovalyutaya sahib olduğu məlum olub. "Trump Media & Technology Group" şirkətinin dəyəri 50 milyon dollardan çox qiymətləndirilir. Trampa Çində 100-dən çox ticarət nişanı da məxsusdur.

Son xəbərlər