Trampa atəş açılan mitinqdəki şahid: “ABŞ Gizli Xidməti mənə qulaq asmadı” - FOTO

Trampa atəş açılan mitinqdəki şahid: “ABŞ Gizli Xidməti mənə qulaq asmadı” - FOTO
Siyasət 196

ABŞ-də prezidentliyə namizəd Donald Trampa hücumun əks-sədaları davam edir.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, telekanala danışan Qreq adlı şahid müzakirələrə səbəb olacaq bir iddia irəli sürüb.

O müsahibəsində hücum edən şəxsi əvvəl uzaqdan gördüyünü və ABŞ Gizli Xidmətinə (United States Secret Service) xəbər verdiyini, lakin təhlükəsizlik qüvvələrinin onu dinləmədiyini deyib.

“Trampın səsini eşidəndə dedik, ağaclar olan yerə gedib kölgədə mitinqə qulaq asaq. Trampın çıxışından 5-7 dəqiqə sonra (dəqiq dəqiqəsini deyə bilmərəm) biz bir adamın qonşu binaya çıxmağını müşahidə etdik. Onun əlindəki tüfəng çox aydın görünürdü” - deyə, hadisə şahidi bildirib.

Daha sonra “Hey, burada silahlı bir adam var" deyən Qreq, polislərdən heç bir cavab almadıqlarını və təhlükəsizlik qüvvələrinin baş verənlərdən xəbərsiz olduqlarını söyləyib.

“Bu zaman mən düşündüm ki, niyə Tramp hələ də çıxış edir, niyə onu səhnədən çıxarmırlar? İki-üç dəqiqə ərzində hücum edən şəxsi göstərirəm işarə edirəm, ABŞ Gizli Xidməti mənə qulaq asmır, mən damın üstünə işarə edirəm, o, orada dayanır... Birdən, beş dəfə atəş açılır” - deyə, Qreq qeyd edib.

Trampa atəş açılan mitinqdəki şahid: “ABŞ Gizli Xidməti mənə qulaq asmadı” - FOTO

Son xəbərlər