Tramp Zelenskinin hədiyyəsini rədd etdi
Ukraynanın prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa hərbi əməliyyatları izləyə bilmək üçün "iPad" hədiyyə etmək istəyib.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu Münhen Təhlükəsizlik Konfransı zamanı olub.
Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı amerikalı həmkarı Donald Trampa Ukraynadakı döyüşləri izləyə bilməsi üçün ona "iPad" hədiyyə etmək istəyib, lakin Tramp orada iştirak etməyib.
Bu barədə "Financial Times"ın jurnalisti Kristofer Miller "X"də məlumat verib.
"Düzünü desəm, bunu Münhendə Trampa vermək istəyirdim. Çünki "iPad"imdə hansı hücumların baş verdiyini dərhal görə bilirəm, dronları, raketləri..." - deyə Zelenski bildirib.
Ukrayna lideri daha sonra bu planşeti Böyük Britaniya Kralı III Çarlza təqdim edib. O, "iPad"ın ona səmadakı hər bir hədəfi və cəbhədəki vəziyyəti izləməyə imkan verdiyini söyləyib.
Xatırladaq ki, Zelenski martın 17-də Londona gəlib. O, Bukinqem Sarayında Kral III Çarlzla görüşüb.
Oxşar xəbərlər
Maryana Doda: Azərbaycan regional sistemdə tarazlıq nöqtəsidir
Azərbaycan coğrafi mövqeyi və enerji gücünə görə öz ölçülərindən kənara çıxan əhəmiyyətli oyunçuya çevrilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Al...