Tramp Yaxın Şərq Sülh planının detallarını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib.
BAKU.WS-in verdiyi xəbərə görə, iki ölkə lideri açıqlamada İsrail-Fələstin münaqişəsinə dair Sülh planı ilə bağlı bəyanat veriblər.
Tramp ABŞ tərəfindən Fələstin-İsrail münaqişəsinin həllini nəzərdə tutan planın bir sıra detallarını açıqlayıb. O, İsrailin sülh yolunda böyük bir addım atdığını söyləyib: “ABŞ-ın yeni planı Fələstin ərazilərinin faktiki ikiqat artırılmasını nəzərdə tutur. Bu xəritəyə görə, Şərqi Qüdsdə Fələstin paytaxtı da yaradılacaq, burada ABŞ qürurla səfirliyini açacaq”.
Tramp Birləşmiş Ştatların Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı planı həyata keçirmək üçün digər ölkələrlə də işləməyə hazır olduğunu bildirib: “ABŞ bütün tərəflərlə işləməyə hazırdır. Bir çox ölkələr də bizimlə işləmək istəyir. Mən onların çoxu ilə danışmışam”.
Qeyd edək ki, Tramp tərəfindən "Əsrin sövdələşməsi" olaraq xarakterizə edilən Yaxın Şərq Sülh planının müzakirəsi üç il müddətində gündəmdə olsa da, müxtəlif səbəblərdən hər dəfə təxirə salınırdı.
Oxşar xəbərlər
Tramp: "İranın raket hücumları zamanı heç bir amerikalı və iraqlı xəsarət almayıb"
ABŞ İrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcək. BAKU.WS-in məlumatına görə, bu barədə Donald Tramp ABŞ-ın İraqdakı hərbi bazalarının İran tərəfindən ra...