Tramp Olimpiadanın açılış mərasimi barədə: "Etdikləri biabırçılıq idi"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimini biabırçılıq hesab etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, keçmiş dövlət başçısının sözlərini "Fox News" sitat gətirib.
“Mən çox geniş dünyagörüşlü insanam. Lakin onların etdikləri biabırçılıqdır”, - Tramp bildirib.
Bundan əvvəl Fransanın daxili işlər naziri Gerald Darmanin Oyunların açılış mərasimindəki bəzi səhnələri sənət və azadlığın ifadəsi adlandırmışdı.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək. Açılış mərasimi 26-da Sena çayında baş tutub.
Oxşar xəbərlər
Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. BAKU.WS report-a istinadən xəbər verir ki, planetin ən böyük yarışının...