Tramp bu il vəkillərə rekord məbləğdə pul xərcləyib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin keçmiş prezidenti Donald Trampın komandası bu ilin birinci yarısında siyasətçinin özünün, eləcə də müşavirlərinin və işlərdə iştirak edən digər şəxslərin müdafiəsi üçün vəkillik xərclərinə 40 milyon dollardan çox pul verib.
BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Eks-prezidentin komandası vəkillik xərclərinə təxminən 40,2 milyon dollar xərcləyib.
Trampın "Amerikanı xilas et" devizi altında birləşən komandasının məbləğin haraya xərcləndiyini açıqlaması gözlənilir.
Nəşrin məlumatına görə, xərclənən məbləğ Trampın 2024-cü ildə prezidentlik kampaniyası üçün çəkdiyi bütün digər xərclərdən çoxdur.
Oxşar xəbərlər
Donald Tramp həbs qərarı ləğv olunub - YENİLƏNİB
ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs qərarı ləğv edilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd edilir ki, T...