Toy hazırlıqları yarım qalan nişanlı şəhid – VİDEO

Toy hazırlıqları yarım qalan nişanlı şəhid – VİDEO
Video
Siyasət 202

44 günlük vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizdən biri də Səlimxan Bayramovdur.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Səlimxan Bayramov müharibəyə yollanarkən artıq nişanlı idi. Onun arzuları kimi toy hazırlıqları da yarımçıq qaldı.

Babası bildirib ki, Səlimxanı nişanlayıb onun toyuna hazırlaşırdılar, amma şəhid xəbəri gəldi. Başqa şəhidlər kimi Səlimxan da bu uca zirvəyə qalxacağını əvvəlcədən hiss etmişdi. Ailəsinə yazdığı son mesaj da elə bu mövzuda olub.

Şəhidin xalası Mahirə xanım söhbət zamanı göz yaşlarına hakim ola bilmirdi. O deyir ki, Səlimxan müharibəyə yollandığı ilk gün onunla danışıb, halallıq istəyib və anasını əmanət edib.

Tofiq əmi isə Səlimxanın tərbiyəli, mədəni, zarafatcıl gənc olduğundan danışır. "Şəhidlərin qanı yerdə qalmadı" deyən həmsöhbətimiz Qarabağın işğaldan azad edildiyi üçün böyük sevinc yaşadıqlarını deyir.

Son xəbərlər