Tonqa sahillərində güclü zəlzələ olub

Tonqa sahillərində güclü zəlzələ olub
Siyasət 38

Tonqa Krallığının sahilində 5,7 maqnitudalı zəlzələ olub.

BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 22,4 min insanın yaşadığı Tonqanın paytaxtı Nuku'alofa şəhərindən 133 km cənub-qərbdə yerləşib. Təbiət hadisəsinin ocağı 113 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.

Son xəbərlər