Tonqa Krallığının sahillərində güclü zəlzələ

Tonqa Krallığının sahillərində güclü zəlzələ
Siyasət 64

Bazar günü Tonqa Krallığının sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 22,4 min insanın yaşadığı Nukualofadan 366 km şimalda yerləşib. Mənbə 225 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi qeydə alınmayıb.

Son xəbərlər