Tomas de Vaal: Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür
11
yan
2019
12:59
“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh prosesinin yenidən başlanmasını mümkün edir”.BAKU.WS xəbər verir ki, bunu report-un Gürcüstan bürosuna açıqlamasında Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de Vaal bildirib.O, münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini deyib: “Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən dərəcədə azalmasını görürəm. Ermənistanın yeni hökuməti münaqişənin həlli ilə bağlı düşüncələrini yeniləyə bilər. Tərəflər arasında təmaslar artıb. Lakin təəssüflər olsun ki, hər iki tərəfin mövqeyi dramatik dərəcədə bir-birinə əksdir. Mövqelər bir-birindən olduqca uzaqdır. Münaqişənin həllinə hələ böyük yol var”.Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb. BAKU.WS
Oxşar xəbərlər
Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tərəflərin maraqlarına cavab verir
Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli münaqişə tərəflərinin maraqlarına cavab verir.BAKU.WS-in məlumatına görə, bunu Rusiya X...