Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli tərəflərin maraqlarına cavab verir
25
okt
2018
19:21
Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli münaqişə tərəflərinin maraqlarına cavab verir.BAKU.WS-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında deyib.XİN rəsmisi qeyd edib: "Münaqişənin sülh yolu ilə həlli bütün iştirakçıların - həm ATƏT-in Minsk qrupunun, həm münaqişə tərəflərinin maraqlarına cavab verir. Biz həmişə bunu dəstəkləmişik və bu, əsas məqsədimiz olub".Bu gün Bakıda açılan VI Beynəlxalq Humanitar Forumunu da şərh edən Rusiya XİN nümayəndəsi deyib: "İkitərəfli humanitar əlaqələrin, habelə çoxtərəfli əməkdaşlığa rəvac verən əlaqələrin bu səviyyəyə çatmasını və belə nəticələr verməsini yalnız alqışlamaq olar”.BAKU.WS
Oxşar xəbərlər
Zaxarova Qarabağdan danışdı
Əlverişli mühitin yaradılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas zəmin sayılır.Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova...