“Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyasız mümkün deyil”
01
iyn
2018
18:53
“Mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqı üçün nə dərəcədə ağrılı və həssas olduğunu anlayıram”. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ADA Universitetində tələbələrin suallarını cavablandırarkən deyib. Komissar bildirib ki, bu münaqişə on illərdir davam edir: "Avropa Komissiyası münaqişənin həllinə birbaşa cəlb olunmayıb, lakin prosesləri analiz edir. Mən xanım Mogerini və Fransa tərəfi ilə mütəmadi təmasdayam. Lakin Rusiyasız münaqişənin həlli mümkün deyil. Rusiya ilə bizim münasibətlərimizin çox yaxşı olduğunu deyə bilmərəm. Ortada Krım, sanksiyalar kimi məsələlər var. Hesab edirəm ki, Rusiya konstruktiv məcraya qayıtmalıdır. Bu, bütün proseslərin həllində vacib rol oynaya bilər".BAKU.WS
Oxşar xəbərlər
Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirdi
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları davam etdirməyə hazırdır.“Aysor” nəşri xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri...