Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirdi
23
may
2018
20:39
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları davam etdirməyə hazırdır.“Aysor” nəşri xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.“Ermənistan tərəfi Qarabağ problemi üzrə danışıqlar dinamikasını davam etdirməyə hazırdır. Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əlaqə yaradırıq və Azərbaycan rəhbərliyi ilə görüşləri bərpa etməyi planlaşdırırıq”, - deyə Mnatsakanyan Ermənistan deputatlarının sualını cavablandırarkən bildirib.Nazir eyni zamanda bildirib ki, Ermənistan münaqişənin yalnız dinc yolla həllini dəstəkləyir.BAKU.WS
Oxşar xəbərlər
Paşinyan baş nazir seçildi: “Azərbaycanla danışıqlara hazırıq”
Ermənistan parlamenti ikinci turda yeni baş naziri seçib.BAKU.WS “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, iclasda 105 deputatdan 101-i iştirak edib.S...