Təmizləyici vasitələrdə təhlükəli maddə AŞKARLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-da bir sıra istehsalçıların əl təmizləyici jellərində benzol aşkar edilib. Ümumdünya Səhiyyə Təşkilatına görə benzol xərçəngə səbəb olan maddələrdən biridir.
BAKU.WS “sfera.az”a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
COVID-19 pandemiyasının başlanğıcında çatışmazlıq zamanı satışa çıxarılan təmizləyicilərdə təhlükəli maddə müəyyən edilib. Nəticədə şirkət mütəxəssisləri 168 istehsalçının məhsulunun tərkibini öyrəniblər.
Məhsulların 8 faizində təhlükəli maddənin konsentrasiyası yüksək - milyonda iki hissə olaraq müəyyənləşib. Bu da insanın nisbətən qısa bir müddətdə dözə biləcəyi həddən çoxdur.
Ən yüksək benzol miqdarı 16 markanın məhsullarında tapılıb. Bu antiseptiklərin əksəriyyəti ABŞ-da və Çində istehsal edilib.
Oxşar xəbərlər
ÜST koronavirusun necə ortaya çıxdığını AÇIQLADI
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirusun ortaya çıxmasının yeni səbəbini açıqlayıb. Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər ver...