Təbrizdə Azərbaycana dəstək aksiyası keçirilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Güney Azərbaycanda Ermənistanın Tovuzdakı təxribatlarına etiraz olaraq Azərbaycana dəstək aksiyaları keçirilib.
BAKU.WS xəbər verir ki, aksiyalardan biri Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında baş tutub.
Bundan başqa, Urumiyə, Zəncan və Ərdəbil şəhərlərində keçirilən dinc aksiyalarda Ermənistanın son təcavüzkar əməlləri pislənib, Azərbaycanla həmrəylik nümayiş etdirilib.
Aksiya iştirakçıları işğalçı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə və hərbi obyektlərinə təcavüzkar hücumları nəticəsində Azərbaycanın bir neçə hərbiçisi və mülki şəxsi şəhid olduğunu bildirib, bu təcavüz aktını pisləyiblər.
Oxşar xəbərlər
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. İcmadan BAKU.WS-ə daxi...