Təcili! Sərkisyan bu gün Qarabağa gəldi
Ermənistan prezidenti Serj Sərkisyan bu gün iyunun 22-də Dağlıq Qarabağa gəlib. BAKU.WS xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti açıqlama verib.
Məlumata görə Sərkisyanın səfəri "işçi” xarakteri daşıyır, lakin onun işğal altındakı Azərbaycan ərazilərinə hansı məqsədlə yola düşdüyü göstərilmir.
Virtualaz.org ehtimal edir ki, Sərkisyanın prezidentlərin Sankt-Peterburq görüşünün ardınca Qarabağa gəlməsi orada müzakirə edilən məsələlərlə bağlı qondarma "DQR” rəhbərliyini məlumatlandırmaq, habelə Putinin vasitəçiliyi ilə müzakirə edilən sülh planına dair məqamları yerində araşdırmaq məqsədi daşıya bilər.
Bundan əvvəl Azərbaycan prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Sankt-Peterburqda prezidentlərin münaqişənin mərhələli həlli istiqamətində irəliləmək barədə razılığa gəldiklərini açıqlamışdı.
BAKU.WS
Oxşar xəbərlər
Prezidentlər Qarabağla bağlı razılığa gəlib - 5 rayon qayıdır (VİDEO)
Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. ANS TV xəbər...