Tayvanda zəlzələdən sonra 60-a yaxın afterşok qeydə alındı
03
apr
2024
10:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tayvanda baş verən 7,7 maqnitudalı zəlzələdən sonra ən azı 58 yeraltı təkan qeydə alınıb.
BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, ən güclü iki təkanın maqnitudası 6,2 və 6,5 bal təşkil edib.
Xatırladaq ki, bu gecə Tayvanda 7,7 bal gücündə zəlzələ olub. Zəlzələ Çinin şərqində də hiss olunub.
Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib.
Bildirilir ki, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələdir.
Oxşar xəbərlər
Almatıda bu gecə ardıcıl iki güclü zəlzələ oldu
Seysmoloqlar yanvarın 25-nə keçən gecə Qazaxıstanın Almatı vilayətində ardıcıl olaraq 5,1 və 5,9 bal gücündə iki zəlzələ qeydə alıblar. BAKU.WS-in xəbərinə görə...