Tanımadığımız ölkə: Kafiristan – VİDEO

Tanımadığımız ölkə: Kafiristan – VİDEO
Video
Siyasət 1055

Əfqanıstanla Pakistanın sərhədboyu ərazisində qalan, Kalaşdeş adı ilə tanınan, üç vadidə yaşayan, təxminən dörd min nəfərlik əhali keçmişdə Kafiristan, günümzdə Nuristan deyilən bölgənin xalqı olaraq tanınır.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, içki və narkotikin geniş yayıldığı, cinsi azlıqların baş alıb getməsi səbəbi ilə əfqanıstanlıların pozğun toplum kimi qəbul etdiyi, kafir adlandırdıqları kalaşların yaşadığı bölgə də Kafiristan olaraq adlandırılır.

Onların Böyük İsgəndərin nəslindən olduqları iddia olunur.

Fiziki özəlliklərinə görə əfqan xalqından fərqlənirlər. Uzun boylu, enli kürəkli, sarışın və rəngligözlü kalaşlar Kalaş dininə mənsubdurlar. Bu din ətraf ölkə və xalqların dini inanclarından tam fərqlidir. Kafiristanda günəş və təbiətin iki böyük tanrı olduğu qəbul edilir.

Ən böyük fərqlilikləri isə yas mərasimləridir. Onlar ölülərin geri gələcəklərinə inandıqları üçün onları basdırmırlar. İlin əsasən, soyuq keçdiyi bölgələrində tabutlar torpaq üzərində qalır. Vəfat edən insanın yaxşı yerə getdiyinə inandıqları üçün cənazə mərasimində rəqs edirlər, yas sahiblərinin geyiminə isə pul taxılır. Yığılan pulla daha sonra ehsan verilir, Burada iştirak etməyənlər isə ciddi tənqid olunur.

Kalaş xalqının mədəniyyəti misilsizdir və bir çox cəhətdən Pakistanın şimal-qərbində onları əhatə edən bir çox müasir İslam etnik qruplarından fərqlənir. Təbiət onların gündəlik həyatında çox mühüm və mənəvi rol oynayır. Dini ənənələrinin bir hissəsi olaraq, bol ehtiyatlarına görə şükür etmək üçün qurban kəsilir və festivallar təşkil olunur.

Kalaşlarda evlilik yeniyetməliklə birgə başlayır. Kişilər yeniyetməlik dövrünə çatanda kutlamaq üçün kənddən götürülüb uzaq yaylalara aparılır. Bu yaylalarda qulluq edilən gənc kişi kəndə dönən kimi yeniyetmə qızların arasından birini seçib onunla evlənir.

Sosial həyatda qadınların da kişilər qədər haqlara sahib olduğu Kalaşlarda arvadını seçmə haqqına sahib olan kişilər istədiyi zaman arvadını boşaya bilmirlər. Qadınların isə istədiyi vaxt ərindən boşanma haqqı var. Ərini dəyişdirmək istəyən qadınlar bəyəndikləri kişiyə məktub yazaraq evlənmə təklifi edir və evliliyin gerçəkləşməsi üçün keçmiş kişiyə başlıq pulu ödəyir.

Gözəllikləri ilə məşhur olan Kalaş qadınları geyimlərinə çox önəm verir. Kişiyə cazibədar görünmək üçün rəngli və bəzəkli geyimlər geyinən Kalaş qadınları üzlərinə və əllərinə döymə vurdurur. Gündəlik həyatda rəngarəng muncuqlarla bəzənmiş, işləməli, qara və ya ağ xələtlər geyinən qadınlarını kişilər geyindikləri paltar və paltarın rənginə görə tanıyır.

Digər bölgədə yaşayan müsəlman xalqla eyni paltarı geyinən Kalaş kişilər isə papaqlarına taxdıqları quş lələyi və ya çiçəklərlə digər xalqların nümayəndəsindən seçilir.

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər