İtaliya Senatının komissiya sədri: “Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə..."
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli bu gün Ağdama səfər edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə V. Petroçelli “Twitter” hesabından paylaşım edib.
"Mən Ağdamın qalıqlarını ziyarət etdim. Sual verirəm: Əgər Ermənistan buranı öz ərazisinin bir hissəsi hesab edirdisə, onda nəyə görə buranı darmadağın edirdi?", - deyə o yazıb. Qeyd edək ki, Vito Petroçellinin rəhbərlik etdiyi İtaliya nümayəndə heyəti dünən Gəncə şəhərinə də səfər edib, Vətən müharibəsi zamanı Ermənistanın raket zərbələri endirdiyi yerlərə baş çəkib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...