İtaliya mafiyasının bossu vəfat etdi

İtaliya mafiyasının bossu vəfat etdi
Siyasət 5

İtalyada "Koza nostra" cinayətkar qruplaşmanın liderlərindən biri Matteo Messina Denaro uzun sürən xəstəlikdən sonra Lakuila şəhərindəki həbsxanada 63 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, o, üç ildir bağırsaq xərçəngindən əziyyət çəkirdi.

Denaro bu ilin yanvarın 16-da tutularaq cəzaçəkmə müəssisəsinə salındıqdan sonra həbsxana xəstəxanasında müalicə alıb və iki dəfə əməliyyat olunub. Ölümdən öncə üç gün komada qalıb.

Ömrünün son günlərində onun yanında kiçik qızı Lorentsa Alanya və bacısı Covanna olub.

Cümə günü mafioz sonrakı müalicə və qidalanmadan imtina edib və sağalmaz elan edilib.

Qeyd edək ki, Denaro doğulduğu Siciliyadakı Kastelvetrano şəhərində dəfn olunacaq.

Son xəbərlər