“Taliban”a qarşı əməliyyat: 300 yaraqlı öldürüldü
“Əfqanıstanın Bağlan əyalətində Əhməd Məsud və Əmrullah Salehin rəhbərliyi altında yerli müqavimət qüvvələri “Taliban” silahlılarının yolunda pusqu qurub. Pusquya düşən azı 300 Taliban döyüşçüsü öldürülüb”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə BBC-nin jurnalisti Yalda Hakim tvitter səhifəsində yazıb.
Bundan əlavə jurnalist pusqu zamanı ələ keçirilən “Taliban”çıların fotoşəkillərini də dərc edib.
Bu arada RİA Novosti məlumatlı bir mənbəyə istinadən bildirib ki, “Taliban” döyüşçüləri Bağlan əyalətinin üç mahalına nəzarəti bərpa etməyi bacarıb.
Qeyd edək ki, hazırda Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət qüvvələri yalnız Pəncşir əyalətinə nəzarət edir.
Oxşar xəbərlər
Taliban Pəncşirin təslim olması üçün vaxt qoydu
Taliban hərəkatı Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət hissələrinə bölgəni onlara təhvil vermək üçün 4 saat vaxt verib. BAKU.WS APA-ya istinadən xəbər ver...