Əfqanıstanda BBC-nin jurnalisti öldürüldü
30
apr
2018
23:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əfqanıstanda naməlum şəxslər BBC teleradio şirkətinin jurnalisti Əhməd Şahı qətlə yetiriblər.İnsident Host bölgəsində baş verib. Məlumata görə, jurnalist evə qayıdan zaman motosikletdə olan silahlı şəxslər ona yaxınlaşaraq atəş açıblar.BBC-nin direktoru Cemi Anqus öz “Twitter” hesabında Şahın ölümü xəbərini təsdiqləyib.“BBC rəhbərliyi dərin hüzn hissi ilə, Əfqanıstandakı müxbirimiz Əhməd Şahın Host əyalətində törədilmiş silahlı hücum nəticəsində həlak olduğunu təsdiqləyir”, - deyə Anqus bildirib.BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə universitetə silahlı hücum - 4 nəfər öldürüldü (VİDEO)
Türkiyənin Eskişehir Osmangazi Universitetinə silahlı hücum olub. BAKU.WS-in məlumatına görə, silahlı hücumu nəticəsində 4 təhsil işçisi öldürülüb. İlkin məluma...