Tacikistan-Qırğızıstan sərhədində döyüşlər başlayıb - Ölən və yaralılar var - VİDEO

Tacikistan-Qırğızıstan sərhədində döyüşlər başlayıb - Ölən və yaralılar var - VİDEO
Video
Siyasət 325

Sentyabrın 16-na keçən gecə Qırğızıstan və Tacikistan sərhədində hərbi toqquşmalar baş verib, hər iki tərəf bir-birini atəşkəs rejimini pozmaqda ittiham edib.

BAKU.WS xəbər verir ki, Tacikistan tərəfindən bir hərbçinin həlak olmasından sonra Qırğızıstanın Eki-Taş, Çır-Dobo və Kum-Mazar bölgələri atəşə tutulub.

Həmçinin tacik hərbçiləri Batken vilayətinin Paski-Arık rayonunda yerləşən sərhəd zastavasını da atəşə tutmağa başlayıblar.

Tərəflərin bir-birini atəşə tutması nəticəsində bir tacik sərhədçisi həlak olub, daha üçü yaralanıb. Qırğızıstan tərəfdən isə 11 sərhədçi yaralanıb.

Son məlumata görə, Tacikistan hərbçiləri sərhəddəki münaqişədə “Qrad” raket sistemlərindən, tanklardan və aviasiyadan istifadə edir. Hazırda vəziyyətin gərgin olaraq qaldığı bildirilir.

Son xəbərlər