Suriyalı kürdlər ABŞ ordusunu daşa basdılar - VİDEO
21
okt
2019
15:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ştatların Suriyanın şimalındakı mövqelərdən qoşunlarını çıxarması davam edir. BAKU.WS xəbər verir ki, Amerika qoşunlarının bölgədən çıxması kürdlər tərəfindən etirazla qarşılanıb. Suriyanın Qamışlı şəhərini tərk edən ABŞ hərbçiləri yerli əhalinin qəzəbinə tuş gəlib. Kürdlər onları yarı yolda qoyan ABŞ hərbçilərini söyərək daşa basıblar. Donald Trampın imzaladığı qərardan sonra Müdafiə naziri Mark Esper bildirib ki, Suriyadan çıxarılan təxminən min hərbçi İraqın qərbinə yerləşdiriləcək. Qeyd edək ki, Türkiyə "Barış Pınarı" əməliyyatı ilə ölkənin Suriya ilə sərhəd ərazisindəki bölgələri PKK/PYD terrorçularından təmizləyir.
Oxşar xəbərlər
SON DƏQİQƏ: Türkiyə Suriyadakı əməliyyatları dayandırdı
Türkiyə və ABŞ terrorçuların Suriyanın şərqində tamamilə yox edilməsi mövzusunda ortaq qərar qəbul ediblər.BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə Prezide...