"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Bu gün Prezident İlham Əliyevin Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüşü çərçivəsində "Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" layihəsi üzrə Kredit sazişi imzalanıb.
BAKU.WS xəbər verir ki, sənədə dövlət başçısının iştirakı ilə imza atılıb.
Bundan başqa, imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında "Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu" mübadilə olunub.
Oxşar xəbərlər
Ombudsman: Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir
Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbay...