Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Prezident təsdiqlədi
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda 2032-ci ilə qədər 150 km içməli su və 180 km kanalizasiya şəbəkəsi tikiləcək.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nında əksini tapıb.
Dövlət Proqramına əsasən, 2026-2032-ci illər ərzində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İqtisadiyyat Nazirliyi, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxs, "Azərişıq" ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə Sumqayıt şəhərində əhalinin su ilə tam təchiz edilməsi və tullantı suları sistemi ilə əhatə olunmasını təmin etməlidir.
Oxşar xəbərlər
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşlərə müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu...