Sualdan qəzəblənən icra başçısı jurnalisti döydü - VIDEO

Sualdan qəzəblənən icra başçısı jurnalisti döydü - VIDEO
Siyasət 1293
Rusiyanın Xakasiya muxtar respublikasının Şirinsk rayonunun başçısı Sergey Zaytsev ondan müsahibə götürən jurnalistə hücum edib.BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, “Rossiya-24” telekanalının müxbiri İvan Litomin rayon başçısından 4 il əvvəl yanğında zərər çəkən sakinlərin nəyə görə hələ də evsiz-eşiksiz, qeyri-insani şəraitdə yaşadıqlarının səbəbini soruşub.Sual məmuru qəzəbləndirib və jurnalistə hücum edərək onu döşəməyə yıxıb.Telekanal hadisə ilə bağlı baş prokurora, İstintaq Komitəsinin və DİN-in rəhbərliyinə müraciət edib, jurnalistin peşə fəaliyyətinə əngəl yaradılmasına görə rayon başçısının cinayət məsuliyyətinə tələb edilməsinə çağırıb.Rusiya İstintaq Komitəsi tərəfindən Sergey Zaytsevin barəsində jurnalistin peşə fəaliyyətinə mane olmaq maddəsi ilə cinayət işi başladılıb.Zaytsevin üzvü olduğu hakim “Vahid Rusiya” partiyası onun Zaytsevin hərəkətinə görə üzr istəyib və onun məsələsinə etika komissiyasının baxacağını açıqlayıb.Zülfiyyə Qurbanova

Son xəbərlər