Strateji hücum silahlarına dair müqavilə qüvvəyə mindi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ ilə Rusiya (SSRİ-nin varisi kimi) arasında strateji hücum silahlarının ixtisarını və məhdudlaşdırılmasını nəzərdə tutan START I (Strategic Arms Reduction Treaty; 31 iyul 1991-ci il tarixində imzalanıb) müqaviləsinin uzadılmasına dair saziş tərəflər arasında nota mübadiləsindən sonra bu gün qüvvəyə minib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
START I müqaviləsinin müddəti ilkin formada qalmaq şərtilə 2026-cı ilin 5 fevral tarixinədək uzadılır.
Xatırladaq ki, yanvarın 26-da tərəflər müqavilənin müddətini uzatmaqla bağlı diplomatik nota mübadiləsini apardılar. Həmin gün prezidentlər Cozef Bayden ilə Vladimir Putin telefon söhbəti zamanı bundan məmnun olduqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Co Bayden prezident seçkilərində qalib gəlib
ABŞ-da demokratların prezidentliyə namizədi Cozef Bayden respublikaçı Donald Trampı məğlub etmək üçün lazım olan 270 seçici kollegiyası səsini qazanıb. BAKU.WS...