İstanbulda bina çöküb, bir nəfər ölüb - YENİLƏNİB - VİDEO

İstanbulda bina çöküb, bir nəfər ölüb - YENİLƏNİB - VİDEO
Siyasət 121

İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb.

İndiyədək 7 nəfər yaralı olaraq xilas edilib. Onlardan 2-nin vəziyyəti ağırdır.

Son məlumata görə, İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altında qalan son bir nəfər də yaralı olaraq çıxarılıb.

Binada olan bütün vətəndaşların çıxarılması ilə axtarış-xilasetmə işləri başa çatdırılıb.

***11:20

Türkiyənin İstanbul şəhərində səhər saatlarında üçmərtəbəli yaşayış binası çöküb.

Hadisə şəhərin Küçükçükmece rayonunda baş verib.

İstanbul Valiliyi açıqlayıb ki, indiyədək dağıntılar altından iki nəfər yaralı olaraq çıxarılıb.

Qeyd edək ki, hələ də dağıntılar altında qalanların olduğu deyilir.

Son xəbərlər