İstanbulda səhər saatlarında qismən çökən bina tamamilə uçdu - VİDEO - YENİLƏNİB

İstanbulda səhər saatlarında qismən çökən bina tamamilə uçdu - VİDEO - YENİLƏNİB
Foto Video
Siyasət 312

İstanbulun mərkəzində, Beyoğluda yerləşən beşmərtəbəli bina tamamilə çöküb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzalı bina səhər saatlarından etibarən qismən uçmağa başlayıb və yerli vaxtla 15:00-da tamamilə uçub.

***11:08

Türkiyənin İstanbul şəhərində, beşmərtəbəli binada çökmə təhlükəsi yaranıb, tramvay səfərləri təxirə salınıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla 06:30 radələrində, Beyoğlunun Kemeraltı küçəsində, 5 mərtəbəli sahibsiz binada baş verib.

Məlumata görə, təmir olunan bina qismən çöküb.

Çökmə nəticəsində beton parçaları yola tökülüb. Ardınca hadisə yerinə polis və xilasetmə qrupları cəlb edilib.

Beşiktaş istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.

Səlahiyyətlilər binada araşdırmaları davam etdirirlər.

Son xəbərlər