Sərkisyanı kim və necə öldürmək istəyib?

Sərkisyanı kim və necə öldürmək istəyib?
Siyasət 1439

Ermənistan xüsusi xidmət orqanları və Prezident Administrasiyası prezident Serj Sərkisyana qarşı sui-qəsd cəhdinin baş verdiyi barədə sensasion məlumatı şərh etmir. Eyni zamanda məlumatı təkzib edən də yoxdur.

Virtualaz.org xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərkisyana qarşı planlaşdırılmış sui-qəsd cəhdi barədə şərh verməkdən imtina edib, oradan təkcə bunu bildiriblər: "Mətbuat xidmətində bu haqda məlumat yoxdur”.

Sərkisyanın mətbuat katibi Vladimir Akopyan da məlumatı şərh etməyib, eyni zamanda təkzib verməyib: "Biz anonim məlumatları şərh etmirik”.

Xatırladaq ki, bu, Sərkisyana qarşı baş tutmamış ikinci sui-qəsd cəhdi hesab oluna bilər. 2015-cü ilin sonlarında məlum olmuşdu ki, Ermənistanda silahlı çevriliş hazırlayan qrup Sərkisyanın təyyarəsini Qarabağ danışıqları üçün Parisə uçarkən raketlə vurmağı planlaşdırıb.

Sərkisyan özü hazırda Ermənistanda yoxdur, onun yanvarın 5-də məzuniyyətə çıxdığı bildirilir.

*   *   *12:18

Ermənistan prezidenti Serj Sərkisyana sui-qəsd cəhdi olub. 

virtualaz.org xəbər verir ki bu haqda Ermənistanda nəşr olunan "Joqovurd” qəzeti yazır. "Bizə çatan məlumata görə insidentdən sonra prezident iqamətgahının mühafizəsi gücləndirilib”-məlumatda deyilir. Dövlət Mühafizə Xidmətinin rəisi Qraçya Arutyunyan ancaq onu deyib ki, mühafizə xidməti işini tam həcmdə görür. Bu kiminsə xoşuna gəlməyə bilər, ancaq biz sadəcə işimizi görürük”-o deyib.

Qəzet yazır ki, Serj Sərkisyanın yanvarın 5-də heç kimin gözləmədiyi halda məzuniyyətə getməsi də bu sui-qəsd cəhdi ilə bağlı ola bilər. Çünki Ermənistan rəhbərliyi hər il ənənəvi olaraq yanvarın 6-da Eçmiədzində yeni il münasibətilə dini mərasimdə iştirak edirdi. Bu il isə Sərkisyan ənənəni pozub. Onun qəfil məzuniyyətə çıxmasının səbəbinin səhhəti ilə bağlı olduğu ehtimal edilirdi, ancaq qəzet yazır ki, ola bilsin Sərkisyan bu yolla potensial təhlükədən xilas olmaq istəyib.

BAKU.WS

Son xəbərlər