İsraildən koronavirusla bağlı sevindirici xəbər - peyvənd hazırlandı - VİDEO
Çinin Uhan şəhərində ortaya çıxan və dünyada sürətlə yayılan koronavirusun yeni növünün (Covid-19) müalicə üsulu ilə bağlı yeni bir iddia ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, İsraildə nəşr olunan "Haaretz" qəzeti ölkədə bir araşdırma mərkəzinin yeni növ koronavirusa qarşı peyvənd hazırladığını ictimaiyyətə elan edəcəyini bildirib.
Qəzet Ness Ziona şəhərindəki İsrail Bioloji Tədqiqat İnstitutunun tədqiqatçılarının Covid-19 əleyhinə peyvənd hazırlamaq üçün çalışdıqlarını yazıb.
İddia olunur ki, bir neçə gün ərzində ictimaiyyətə peyvəndin hazır olması barədə məlumat veriləcək.
Yeni peyvəndin sınaqları bir neçə ay davam edəcək.
Oxşar xəbərlər
Koronavirusa hansı ölkədə nə qədər insan yoluxub? Ölənlər və sağalanlar - CƏDVƏL
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, koronavirus xəstəliyinə (COVID-19) dünyanın 74 ölkəsinə rast gəlinib. BAKU.WS xəbər verir ki, bu dəqiqəyə qəd...