İsrail və HƏMAS girovların azad edilməsi ilə bağlı danışıqlar aparır
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail və HƏMAS arasında radikal Fələstin hərəkatının girovluqda saxladığı 100-ə yaxın mülki şəxsin azad edilməsi ilə bağlı danışıqlar aparılır.
BAKU.WS Tass-a istinadən xəbər verir ki, əsir və girov götürülən 240 nəfərin təxminən yarısı mülki şəxslərdir.
Müzakirə olunan variantlardan birinə görə, HƏMAS ilk olaraq 10-20 mülki vətəndaşı azad edəcək. Əgər İsrail bütün şərtləri yerinə yetirsə, daha 100 girov da azad olunacaq.
Bunun müqabilində HƏMAS döyüşlərdə qısa fasilə, böyük həcmdə humanitar yardım, xəstəxanalar üçün yanacaq və İsrail həbsxanalarından qadın və uşaqların azad edilməsini istəyir.
Qeyd edilib ki, danışıqlarda vasitəçi kimi Qətər çıxış edir, həmçinin ABŞ-nin yüksək rütbəli rəsmiləri də danışıqlarda iştirak edirlər.
Oxşar xəbərlər
ABŞ HƏMAS-la əlaqəli şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi radikal HƏMAS hərəkatı ilə əlaqəli doqquz şəxsə və bir şirkətə qarşı yeni sanksiyalar elan edib. BAKU.WS “oxu.az”a istinadən xəbər verir k...