ABŞ HƏMAS-la əlaqəli şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi radikal HƏMAS hərəkatı ilə əlaqəli doqquz şəxsə və bir şirkətə qarşı yeni sanksiyalar elan edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə idarənin yaydığı sənəddə deyilir.
“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Qəzza zolağında və digər yerlərdə, o cümlədən Sudan, Türkiyə, Əlcəzair və Qətər də daxil olmaqla, HƏMAS terror qruplaşması ilə əlaqəli 10 əsas üzv, yaraqlı və maliyyə vasitəçisinə sanksiya tətbiq edib”, - deyə nəşr olunan press-relizdə qeyd olunur.
Sanksiya siyahısına İordaniya, Fələstin, Türkiyə, Misir və Sudan vətəndaşları, həmçinin “Buy Cash Money and Money Transfer” şirkəti daxil edilib.
Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu hər hansı dövlətin Fələstin radikal hərəkatı ilə təmaslarını qəbuledilməz hesab etdiyini bildirib, həmçinin HƏMAS ilə əlaqə saxlamağa davam edənlərin sanksiyalara məruz qalması barədə fikir söyləyib.
Onu da əlavə edək ki, ABŞ HƏMAS hərəkatını terror təşkilatı hesab edir.
Oxşar xəbərlər
İsrail BMT-dən üzr istəməsini tələb edib
İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. “Report” xəbər verir ki, bu b...