İsrail İordan çayının Qərb sahilinə əlavə qoşun göndərdi
05
avq
2024
15:18
İsrail Müdafiə Ordusu (SAXAL) İranın mümkün hücumlarına qarşı cavab tədbirləri görməkdə davam edir.
BAKU.WS "new militarycolumnist"ə istinadən xəbər verir ki, SAXAL İran tərəfdarı qruplaşmalar tərəfindən hücum hazırlıqları barədə məlumat aldıqdan sonra İordan çayının Qərb sahilinə əlavə qüvvələr göndərir.
Ekspertlər hesab edirlər ki, İranın cavab zərbəsi yalnız dronlar və raketlərdən ibarət olmayacaq. Bura "Hizbullah" və ya Qərb sahilindəki qruplaşmalar tərəfindən sərhədin yarılmasına cəhdlər də daxildir.
Oxşar xəbərlər
"Hizbullah" İsrailə raket zərbələri endirib
“Hizbullah” qruplaşması üç döyüşçünün həlak olması ilə nəticələnən hava hücumlarına cavab olaraq Qərbi Qalileydə İsrail yaşayış məntəqələrinə çoxlu raket zərbəl...