İsrail - HƏMAS qarşıdurmasında ölənlərin sayı durmadan artır

İsrail - HƏMAS qarşıdurmasında ölənlərin sayı durmadan artır
Siyasət 5

İsraildə HƏMAS qruplaşmasının hücumu nəticəsində ölənlərin sayı 1200-ə yüksəlib, yaralananların sayı isə 2700-ü keçib.

Bu barədə İsrail Müdafiə Ordusunun (İMO) sözçüsü Conatan Konrikus məlumat verib.

Qəzza zolağında isə İsraillə münaqişə nəticəsində ölənlərin sayı 900-ə çatıb. Məlumatı Fələstinin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, 4500 nəfər xəsarət alıb.

Ölənlərdən 260-ı uşaq, 230-u isə qadındır.

Son xəbərlər