“Spayder” sözünü lüğətə salan şəxs danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Spayder” sözünü orfoqrafiya lüğətinə salan Dilçilik İnstitutunun aparıcı elmi işçisi Xədicə Heydərova Baku TV-yə açıqlama verib.
Xədicə Heydərova bildirib ki, hörümçək sözü 2021-ci ilin orfoqrafiya lüğətinin siqnal nüsxəsində olub. Nəşriyyatda baş verən texniki səhv ucbatından bu söz lüğətə daxil edilməyib.
“Bu, qərəzli şəkildə həyata keçirilən şou idi. Təəssüf ki, elm adamları da belə işlərə əl atır”, - deyə X.Heydərova qeyd edib.
O, “spayder” sözünün lüğətə əlavə olunmasına da aydınlıq gətirib.
Elmi işçi vurğulayıb ki, “spayder” texniki termin kimi lüğətə daxil edilib və hörümçək sözünün “spayder”lə əvəz edildiyini deyənlərin hərəkəti gülüncdür.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Cinsini dəyişmək istədi, narkotikə qurşanıb Bakını tərk etdi
BAKU.WS Kulis.az-a istinadən estrada müğənnisi Samir Bağırov haqqında maraqlı faktları təqdim edir. Samir Rafiq oğlu Minullin 1967-ci il avqustun 21-də Bakı şəh...