Son anadək sərnişinləri xilas etdi, özü öldü - VİDEO
 
                            
                            
                                07
                                may
                            
                                2019
                                12:43
                            
                            
                        Ötən gün Moskvanın Şeremetyevo hava limanında faicə baş verib. "Aeroflot" şirkətinə məxsus SSJ-100 təyyarəsi Moskvadan Murmanska uçurdu, lakin bir neçə dəqiqə sonra təyyarə təcili eniş etməyə başlayıb, bu zaman isə alovlanıb. Göyərtədə olan 78 nəfərdən 41-i ölüb.BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, onlardan biri - yanan təyyarədən çıxa bilməyən heyət üzvü Maksim Moiseyevdir.22 yaşlı Maksim kişilik və cəsarət nümayiş etdirərək son saniyəyədək sərnişinlərin xilas olmasına kömək edib. Təyyarə alışarkən salonunun çıxış qapılarının yerləşdiyi hissəsində olan Maksim ən son sıralardakı sərnişinləri evakuasiya edilməsinə cəhd edib. Özü isə alovlar içində alışan təyyarədən çıxa bilməyib.Maksimi şəxsən tanıyanlar onun qəhrəman olduğunu deyirlər.Onun ildırım vurmuş təyyarə eniş edərkən sevdiyi qıza yazdığı son mesajı bu olub: "Mən səni sevirəm".Zülfiyyə Qurbanova 
 
      
                    
                    
                    
                    
                    
                    
                    
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı qız yanan təyyarədən möcüzə nəticəsində sağ qurtuldu
Ötən gün Moskvanın Şeremetyevo hava limanında faicə baş verib. "Aeroflot" şirkətinə məxsus SSJ-100 təyyarəsi Moskvadan Murmanska uçurdu, lakin bir neçə dəqiqə s...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
  
  
  
  
  
  
                             
                     
                     
                     
                     
                    