Azərbaycanlı qız yanan təyyarədən möcüzə nəticəsində sağ qurtuldu
07
may
2019
07:58
Ötən gün Moskvanın Şeremetyevo hava limanında faicə baş verib. "Aeroflot" şirkətinə məxsus SSJ-100 təyyarəsi Moskvadan Murmanska uçurdu, lakin bir neçə dəqiqə sonra təyyarə təcili eniş etməyə başlayıb, bu zaman isə alovlanıb. Göyərtədə olan 78 nəfərdən 41-i ölüb.Xoşbxətlikdən bəzi insanlar son anda faciədən xilas ola biliblər. Belə sərnişinlərdən biri azərbaycanlı Fəridə Ruslanovadır. O hadisə barədə Day.Az saytına danışıb."Mən kredit və sığorta sahəsində işləyirəm. İşimlə əlaqədar mütəmadi olaraq Rusiyanın müxtəlif şəhərlərinə uçuram. İşdə mənə Murmanska getməyi təklif etdilər - mən razılaşdım", - Ruslanova danışır.Gənc qızın sözlərinə görə, o, artıq bilet almışdı və uçmağa hazırlaşırdı, lakin son anda planlar dəyişib."Gözlənilmədən Moskvaya atam gəldi, o başqa şəhərdə işləyir, ildə bir dəfə gəlir. Heç kimə deməmişdi, sürpriz edirdi. Mən komandirovkadan imtina etmək məcburiyyətində qaldım, əvəzimə iş yoldaşım getdi. Hazırda o reanimasiyadadır. Zəhərlənib və yanıq yaraları alıb", - Fəridə deyir.F.Ruslanova qeyd edir ki, faciədən xəbər tutandan sonra qorxu içində yaşayır."İş yoldaşıma təyyarədən çıxmağa imkan vermirdilər. O, orada insanlara görə ölə bilərdi - onlar öz baqajlarını çıxarmaq istəyirdilər. Onu göyərtədən ekipaj üzvü Moiseyev itələyib çıxardı. Çox təəssüf edirəm ki, Moiseyev özü orada ölüb", - Fəridə bildirib. (Buta.media)
Oxşar xəbərlər
Təyyarədə insanların diri-diri yanmasına güldülər - Rusiyada qalmaqallı VİDEO
Xəbər verdiyimiz kimi, Moskvanın “Şeremetyevo” hava limanında “Aeroflot” şirkətinə məxsus “SSJ-199” sərnişin təyyarəsinin eniş zamanı yanması nəticəsində 41 nəf...