Səməd Seyidovla bağlı sanksiya qəbul edildi - mandatı donduruldu
16
may
2018
16:06
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, sanksiya Səməd Seyidovdan başqa Sezar Florina Predaya, Pedro Aqramunta və Cordi Xuclıya da toxunub.Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Aryevin sosial şəbəkədə bildirib ki, bu qərar AŞPA-dakı ölkələrin nümayəndəliklərinə şamil edilmir.Sanksiyalar Pedro Aqramunta müşahidə missiyalarında iştirak etməyi və 10 il ərzində məruzəçi vəzifəsini tutmağı qadağan edir. Analoji qadağa Seyidov, Preda və Xuclı barəsində 2 il müddətinə tətbiq olunacaq.Onu da qeyd edək ki, Komitənin qərarı son hədd deyil və mayın 16-da rəsmi informasiyanın yayılacağı gözlənilir.BAKU.WS
Oxşar xəbərlər
Prezident seçkilərini izləmək üçün AŞPA-ya dəvət göndərilib
Azərbaycan prezident seçkilərini izləmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərib. BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya AŞPA-da...