ABŞ Konqresində Azərbaycana və Türkiyəyə qarşı kampaniya aparanlar kimlərdir?
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Buraxılışda Bakıda havanın toz dumanına bürünməsi əsas mövzulardan biri olub. Paytaxtda havadakı tozun miqdarının normanı 1.7 dəfə keçməsinin səbəbləri, küləklə yanaşı nəzarətsiz tikinti və təmir işlərinin, həmçinin qayaların çapılmasının ekoloji vəziyyətə təsiri araşdırılıb. Mövzu ilə bağlı ekoloq Sadiq Həsənovla müzakirələr aparılıb.
Verilişdə həmçinin ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Ankara və Bakı ilə münasibətləri yaxınlaşdırmaq cəhdləri fonunda Konqresdə baş verən siyasi proseslərə toxunulub. Konqresdə Türkiyə və Azərbaycana qarşı mövqelərin güclənməsinin səbəbləri, Vaşinqton daxilindəki fikir ayrılıqları və mümkün siyasi hədəflər deputat Tural Gəncəliyevlə müzakirə edilib.
Proqramda İranın Kiyevə pilotsuz uçuş aparatları və raketlərlə mümkün zərbə endirməsi riski, eləcə də Tehranla Ukrayna arasında artan gərginlik də təhlil olunub. Bundan əlavə, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqton arasında yaranan fikir ayrılıqları, İsrail qoşunlarının Suriya, Livan və Qəzzadan çıxarılması məsələsi də müzakirəyə çıxarılıb.
Oxşar xəbərlər
Rövşən Məmmədov: AzTV İranın informasiya hücumlarına cavab verməyə davam edəcək
AzTV-də yayımlanan "Həftə" analitik-informasiya verilişində Rövşən Məmmədov İranın Kəşfiyyat Nazirliyinin açıqladığı "İrana düşmən olan media qurumları" siyahıs...