Siyavuş Novruzovun xanımı ombudsman seçildi - VİDEO
29
noy
2019
13:01
Parlamentin bugünkü plenar iclasında prezident İlham Əliyevin təklifi ilə Ombudsman seçilib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bahar Muradova çıxışında bildirib ki, Səbinə Əliyeva, Kəmalə Abıyeva və Kəmalə Əliyeva arasında komitə iclasında müzakirə aparılıb.
Millət vəkillərinin səsverməsi nəticəsində Səbinə Əliyeva Azərbaycanın yeni İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Qeyd edək ki, ombudsman Elmira Süleymanova plenar iclasda iştirak etməyib.
Xatırladaq ki, S. Əliyeva YAP-çı deputat Siyavuş Novruzovun xanımıdır.
Oxşar xəbərlər
Milli Məclis bu gün Azərbaycanın yeni ombudsmanını seçəcək
Milli Məclisin bu gün keçiriləcək plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsi müzakirəyə çıxarı...