Siyavuş Novruzov: "Milli Məclisi təhqir edənlərin təhqiri öz valideynlərinə, doğmalarına yönəlir"

Siyavuş Novruzov: Milli Məclisi təhqir edənlərin təhqiri öz valideynlərinə, doğmalarına yönəlir
Siyasət 1949
"Baxırsan, bütövlükdə Milli Məclisi təhqir edirlər. Milli Məclisdə baban yaşında kişi var, anan yaşında qadın, digər qohum-əqrəban yaşında insanlar var, axı sənin kiməsə iradın varsa, yaz ki, tutalım, Siyavuş Novruzova iradım var, o, düzgün mövqedə deyil və sair. Bütövlükdə Milli Məclisi və oradakı insanları təhqir etmək yolverilməzdir, o təhqir öz valideynlərinə, doğmalarına yönəlir. Öz ailəsini, valideynlərini sevən başqasının ailəsini təhqir eləməz"BAKU.WS xəbər verir ki, bunu YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "yap.org.az" saytına verdiyi müsahibədə deyib.S.Novruzov bildirib ki, Azərbaycan dövləti qədər mətbuata, QHT-lərə və digər sahələrə diqqət göstərən başqa dövlət yoxdur: "Mən sadəcə olaraq deyirəm ki, həqiqəti deyin. Bu gün Azərbaycan dövləti qədər mətbuata, QHT-lərə və digər sahələrə diqqət göstərən başqa dövlət yoxdur. Jurnalistlərin pulsuz mənzillə təmin olunması, KİVDF vasitəsi ilə mətbuata maliyyə ayrılması və sair. Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən, babasından hekayə yazıb dərc eləsin, yaxud da eşq şeiri yazıb çap eləsin. Dövlətin gördüyü işlərdən, milləti maraqlandıran məsələlərdən, Dağlıq Qarabağdan yazılar yazılmalıdır".BAKU.WS

Son xəbərlər