Siciliya sahillərində britaniyalı milyarderin yaxtasının batma anı - VİDEO

Siciliya sahillərində britaniyalı milyarderin yaxtasının batma anı - VİDEO
Video
Siyasət 186

Britaniyalı milyarder Mayk Linçin yaxtası fırtına zamanı iki dəqiqə ərzində batıb. İki gün keçsə də 6 nəfər hələ də itkin düşüb.

"Bayesian" yaxtasının Siciliya sahillərində batdığı anın videosu yayılıb.

"Giornale di Sicilia" tərəfindən yayımlanan videoda yaxtanın iki dəqiqə ərzində batması öz əksini tapıb.

Gəmi avqustun 19-da güclü tufan nəticəsində batıb. İş adamları da daxil olmaqla 6 nəfər hələ də tapılmayıb.Axtarışlar çətin şəraitdə aparılır, dalğıclar isə yalnız komanda körpüsünə baxış keçiriblər. Bir gün əvvəl dalğıclar yaxtanın içərisinə daxil olmaq üçün keçid təmin edə biliblər.

Son xəbərlər