Göyərtəsində milyarderlərin olduğu yaxtanın qəzaya uğramasının TƏFƏRRÜATI AÇIQLANDI

Göyərtəsində milyarderlərin olduğu yaxtanın qəzaya uğramasının TƏFƏRRÜATI AÇIQLANDI
Siyasət 184

İtaliya sahillərində ABŞ, Britaniya, Kanada, İrlandiya və Yeni Zelandiyadan olan biznesmenlərin də daxil olduğu sərnişinləri daşıyan "Bayesian" adlı yaxta batıb.

"The Guardian" qəzetinin məlumatına görə, hələ də itkin düşmüş hesab edilən şəxslər arasında "Britaniyanın Bill Geytsi" adlandırılan Mayk Linç və onun qızı, "Morgan Stanley International"ın İdarə Heyətinin sədri Conatan Blumer və "Clifford Chance" hüquq firmasının vəkili Kris Morvillo və onların həyat yoldaşları var.

"Bayesian" adlı 56 metrlik yaxtada ümumilikdə 12 sərnişin və on nəfərdən ibarət, əsasən Şri-Lankadan olan ekipaj üzvü olub.

Britaniya bayrağı altında üzən yaxta 2008-ci ildə inşa edilib və 14 avqustda Siciliyanın Milazzo limanından çıxıb, bir neçə gün ərzində Lipari adaları ətrafında hərəkət edib. İtaliyada güclü fırtınalar və yağışlar zamanı tətil kabusa çevrilib.

Yaxta Palermonun yaxınlığındakı Portiçello balıqçı kəndi sahillərində tornado nəticəsində batıb. Faciə baş verən zaman sərnişinlər yuxuda olub. "Bayesian" yaxtası lövbərdə idi, lakin güclü külək onu balansdan çıxarıb və bu, ilkin versiyaya görə faciənin səbəbi olub.

İtaliya hakimiyyət orqanları hazırda yalnız bir nəfərin, yaxtanın aşpazının öldüyünü təsdiqləyib. Altı nəfər, o cümlədən Mayk Linç və onun 18 yaşlı qızı Hanna hələ də itkin düşmüş hesab olunur. Linç əvvəllər "Hewlett-Packard" tərəfindən alınmış "Autonomy" şirkətinin təsisçilərindən biridir.

Xilasetmə komandası "The Guardian"a bildirib ki, "Bayesian" yaxtasının sərnişinləri əsasən Linçin işçiləri və ya tərəfdaşları olub. Linçin həyat yoldaşı Anjela Bakares xilas olunan 15 nəfər sərnişin arasında olub. Eyni zamanda, Linçin şirkətində işləyən valideynlər və onların körpə qızı da xilas edilib.

Son xəbərlər