Acunun 20 milyon dollarlıq yaxtası - FOTO/VİDEO

Məşhur türkiyəli teleaparıcı və iş adamı Acun Ilıcalının 20 milyon dollarlıq meqa yaxtası ortaya çıxıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, 47,2 metrlik yaxtanın adı Ilıcalının qızlarının baş hərflərindən ibarətdir və “B.A.L.M.Y.” adlanır.
Yaxtada 8 nəfərlik ekipaj otağı və 5 fərqli qonaq otağı mövcuddur, 10 nəfər qonağı qəbul edə bilir.
20 milyon dollar dəyərində olduğu bildirilən yaxtada iki “Caterpillar C32” dizel mühərriki var. Bu mühərriklərin hər biri 1450 at gücünə malikdir.
Yaxtanın çəkisi 498 tondur və maksimal sürəti 14,5 knot (26,8 kilometr/saat) təşkil edə bilir.
Yaxtanın göyərtəsində dincəlmək və günəş vannası qəbul etmək üçün sahə, spa və hətta kiçik futbol meydançası var.
Qalereya
Oxşar xəbərlər
Daha bir rusiyalı oliqarxın yaxtası satıldı
Avropa İttifaqı və Böyük Britaniya sanksiyasına məruz qalmış rusiyalı sahibkar İqor Kesayevə məxsus olduğu iddia edilən “MySky” yaxtası ABŞ-da yerləşən yaxta br...
