Daha bir rusiyalı oliqarxın yaxtası satıldı

Avropa İttifaqı və Böyük Britaniya sanksiyasına məruz qalmış rusiyalı sahibkar İqor Kesayevə məxsus olduğu iddia edilən “MySky” yaxtası ABŞ-da yerləşən yaxta brokeri “Merle Wood & Associates” tərəfindən 29,5 milyon avroya satışa çıxarılıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, o, hələ sentyabrın 14-də adı açıqlanmayan alıcılara göndərilib, lakin bu barədə yalnız indi məlumat yayılıb.
Bildirilib ki, ABŞ Kesayevə qarşı sanksiyalar tətbiq etmədiyi üçün yaxtanın alınması ilə bağlı sövdələşməyə ABŞ şirkətləri və alıcıları da cəlb olunub.
Sahibkarın nümayəndəsi yaxtanın alıcısının kimliyi və planlaşdırılmış satışı ilə bağlı açıqlama verməkdən imtina edib.
Niderlandın “Heesen Yachts” şirkəti qeyd edib ki, “MySky” və digər “Sky” yaxtası Kesaevin sifarişi ilə hazırlanıb.
Qeyd edək ki, bugünlərdə Cəbəllütariq hakimiyyəti rusiyalı iş adamı Dmitri Pumpyanskiyə məxsus olduğu iddia edilən müsadirə edilmiş “Axioma” yaxtasını 37,5 milyon dollara satıb.
Oxşar xəbərlər
14 dövlətin kraliçası II Elizabet müharibədə də iştirak edibmiş... - Ülyahəzrət haqqında maraqlı faktlar
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, Elizabet Aleksandra Mariya Vindzor Böyük...
