Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib

Si Cinpin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət edib
Siyasət 56

Astanada Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda, bu əsnada Çinə dövlət səfərinə dəvət edib.

Prezident İlham Əliyev dəvəti məmnunluqla qəbul edib.

Görüşdə Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi vurğulanıb, gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bildirilib.

Son xəbərlər