Şuşaya vətəndaşların köçürülməsinə bu tarixdən başlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin birinci yarısına qədər Şuşada tikilən 8 binaya əhali köçürüləcək.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Sovetlər birliyi dönəmində tikilmiş binalar istismar müddətini başa vurduğu, iki müharibə nəticəsində deformasiyaya uğradığı, bundan başqa həmin binalar Şuşanın tarixi-memarlığına xələl gətirdiyi üçün 10-11 ədədi sökülərək Şuşanın ab-havasına, tarixi-memarlıq quruluşuna uyğun 3, 4, 5 mərtəbəli müasir binalar tikilir.
Şuşada məktəbin tikilişinin də 2023-cü ilə kimi başa çatması planlaşdırılır: “Yəqin ki, gələn tədris ilinə məktəb tam hazır olacaq. Bundan başqa, bir otelin tikintisi yekunlaşmaq üzrədir və həmin otel gələn il, yəqin ki, təhvil veriləcək”.
O da qeyd olunub ki, Şuşada ilin 6 ayı, demək olar ki, soyuq və yağıntılı keçdiyi üçün aparılan tikinti işlərində yubanmaların olması mümkündür. Lakin işlərin qısa vaxtda başa çatdırılmasına çalışırlar.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...