Şuşaya qar yağır, yolların təmizlənməsi davam etdirilir - FOTO/VİDEO

Ötən gün axşam saatlarından başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazırda havanın temperaturu -3 dərəcədir.
Bu barədə "Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.
Şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri axşam saatlarında da davam etdirilir.
Belə ki, küçə və prospektlərdə səhər saatlarından etibarən iş aparılır, yollar texnika vasitəsilə qardan təmizlənir.
Gün ərzində təmizləmə işləri davam etdirildiyi üçün hazırda yollarda avtomobillərin hərəkəti üçün problem və çətinlik müşahidə olunmur.
Avtomobillərin hərəkəti normal şəkildə davam edir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
